Unibank öz müştəriləri üçün xidmət imkanlarını artırmaqda davam edir. Artıq yeni proqram təminatı ilə təhciz olunan Unibank cash-in-ləri, müştərilərin istifadəsi üçün daha rahat və geniş xidmət imkanlı oldu. Cash-in-lərdə tətbiq olunan proqram təminatının yeni versiyası əlavə xidmət imkanları yaratmaqla yanaşı, mövcud xidmətləri daha da sadələşdirib. Depozit, kredit,plastik kart, cari hesab və digər bank xidmətləri “Bank xidmətləri” bölümündə ümumiləşdirələrərək, müştərilər üçün daha asan edilib. “Şəxsi kabinet”ə daxil olan müştəri, Unibankdakı depozit hesabları, kredit ödənişləri haqda bütün məlumatları öyrənə bilr. Müştəri “Yığım” depozit hesabına vəsait qoymaqla yanaşı, artıq cari hesabına və kart hesabına da vəsait yatırmaq imkanı qazanır, kredit-depozit tarixcəsi haqda bütün məlumatları öyrənə biləcək. Cash-in-lərdən Unibanka kredit sifarişi də mümkündür. Proqram teminatinin yeni versiyası müştəriyə Uniforex hesabına pul köçürməyi mümkün edib.
Hal- hazırda Unibankın paytaxda və bölgələrdə quraşdırılan 70-ə yaxın Cash-in aparatı fəaliyyət göstərir. Filialların daxili ilə yanaşı, bir çox filiallarda bayırda da cash-in aparatları qoyulub ki, bu aparatların xidmətindən günün 24 saatı ərzində istifadə etmək mümkündür.