Unibank-ın aktivlərinin həcmi rekord həddə çatıb. Bankın malik olduğu aktivlər iyul ayının əvvəlinə 1 mlrd. ABŞ dollarını keçib. Öz maliyyə göstəricilərinə görə, son illərdə Azərbaycan bank sektorunun liderlərindən olan Unibankın fəaliyyəti, beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Unibankın uzunmüddətli reytinqini B “stabil” səviyyəsindən B “pozitiv”ə yüksəldib. “Fitch” mütəxəssislərinin fikrincə, reytinqin yüksəldilməsi bankın stabil kredit göstəricisi ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olmasıyla yanaşı, Unibankın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir.
“Moody’s Investors Service” Beynəlxalq agentliyi də Unibankın reytinq qiymətləndirməsi üzrə proqnozlarını «pozitiv»ə qədər yüksəldərək, bir daha Bankın uzunmüddətli öhdəliklər reytinqini «B2» səviyyəsində təsdiqləyib. Bankın maliyyə dayanıqlılığı reytinqini isə agentlik «E+» səviyyəsində dəyərləndirib.Beynəlxalq agentliyin reytinq proqnozunu yüksəltməsinə səbəb, bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliyidir. Agentlik ekspertlərinin rəyinə görə, Unibank son illərdə sağlam aktivlərin keyfiyyətini daha da artırıb və möhkəm gəlirliliyə nail olub.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank- hər kəsin bankı.