TuranBank, "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində Yasamal rayonu, 18 saylı orta məktəbin şagirdləri arasında keçirdiyi və 20 noyabr - Ümumdünya Uşaq Gününə həsr olunmuş rəsm müsabiqəsinə gənc rəssamların çəkdikləri rəsmlərdən ibarət sərgi ilə yekun vurdu. "Azərbaycan abidələri uşaqların gözü ilə" mövzusunda keçirilən rəsm müsabiqəsinin əsas məqsədi uşaqların ölkəmizin qədim tarixi abidələri haqda biliklərini daha da genişləndimək, eyni zamanda rəsm sahəsində istedadlı uşaqları üzə çıxarmaq və onlara dəstək olmaq idi.
Müsabiqənin münsiflər heyətinin qərarı ilə 1-ci yeri məktəbin 8a sinif şagirdi Şövkət Zeynalovanın çəkdiyi "İçəri şəhər", 2-ci yeri 6c sinif şagirdi Samir İsmayılovun "Şirvanşahlar sarayı", 3-cü yeri isə 5b sinif şagirdi Sahil Mirzəyevin "Şuşa qalası" rəsmləri qazandı. Daha 10 gənc rəssam diplom və hədiyyələrlə təltif olundular.
Qeyd edək ki, uşaqların seçilmiş 12 rəsmi TuranBankın illik təqviminə daxil ediləcək.
Bu gün keçirilən və indiyədək baş tutmuş bir çox sosial yönümlü layihələri TuranBankın cəmiyyət qarşısında daşıdığı sosial məsuliyyətə ciddi önəm verdiyinin göstəricisidir.
TuranBank, müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.
Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatalada, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.