DəmirBankda səyahətə gedənlər üçün “Səyahət krediti” adlı yeni güzəştli kredit aksiyasına davam edir. Aksiyanın son tarixi 22 avqust 2014-cü il tarixidir. Odur ki, Səyahət xəyallarınızı gərçəkləşdirmək üçün bu yeni güzəştli kredit aksiyasından faydalanmağa tələsin.
Turizm şirkətlərində səyahət paketi alanlara maksimum 6000 AZN-dək kredit, pulsuz Visa Classic kartı, 3000 AZN-dən yuxarı kredit götürənlərə isə məbləğin 30%-i qismində kredit xətti veriləcək. RV Travel, AIT Travel, BY Travel, Veklemtour və OK Tours agentliklərindən səyahət paketi alanlara illik faiz dərəcəsində güzəştlər təqdim ediləcək.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bu il Dəmirbank 25 illik yubileyini qeyd edir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.