Expressbank milli valyutada 10 000 AZN-dək nağd pul kreditləri təklif edir. Kreditə girov qismində qızıl və zinət əşyaları çıxış edə bilər.
Aylıq 3% ilə qızıl təminatlı kreditlər müştərilərə 24 ayadək müddətə təklif olunur. Məhsulun xüsusi üstünlüyü ondan ibarətdir ki, kreditin əldə edilməsi üçün gəlirləri təsdiq edənsənəd tələb olunmur. Üstəlik müştərilərin istəyinə əsasən 6 ayadək güzəşt müddəti verilə bilər. Güzəşt müddəti ərzində kredit üzrə əsas borcu ödəmədən yalnız faizlərin ödənişi kifayətdir.
Xatırladaq ki, Expressbank müxtəlif istiqamətlərdə kredit məhsulları təklif edir. Belə ki, qızıl təminatlı kreditlərindən əlavə özəl və dövlət sektorunda çalışan işçilər üçün nağd pul istehlak kreditləri, mikro kreditlər, əmlak girovlu kreditlər, Smilecard taksit kartı, Expresso kredit kartı və s. məhsullar mövcuddur.
Müştərilərinin məmnuniyyətini daim gündəmdə saxlayan Expressbank həmçinin kreditərin rahat ödəmə vasitələrini də təqdim edir. ExpressPay ödəniş terminalları, ExpressPay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isəölkəninGəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq Express Payödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.