Pulunuzu Expressbank-la daha sərfəli və rahat yığın! | Banco.az

Pulunuzu Expressbank-la daha sərfəli və rahat yığın!

Expressbank-ın təqdim etdiyi “Mücrü” əmanəti 1,2,3 illik müddətə yerləşdirilə bilər, əmanətin maksimal illik faiz dərəcəsi 11% təşkil edir. Hesabı açmaq üçün minimal məbləğ 100 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 50 AZN/USD/EUR olmalıdır.

Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur.

Bundan başqa “Mücrü” əmanətçiləri əmanətin 80%-dək məbləğində kredit və ya kredit xətti sifariş edə bilərlər. Kreditin faiz dərəcəsi əmananətin müqavilə üzrə faiz dərəcəsinə 4% əlavə olunaraq təyin olunur. Kredit müqaviləsinin müddəti əmanətin müddətinə görə müəyyən olunur.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər “Mücrü” əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də ExpressPay ödəniş terminalları vasitəsilə istənilən vaxt artıra bilərlər.