“DəmirBank” təcili pul köçürmə xidmətləri üzrə “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyasının müddətini 31 dekabr 2014-cü il tarixinədək uzadıb.
Kampaniyanın şərtlərinə əsasən Bankın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.
Hədiyyə kampaniyası “DəmirBank” filiallarında həm pul göndərənlərə, həm də pul alanlara şamil edilir. Ölkədaxili “Şimşək” sistemi üzrə isə yalnız pul göndərənə mobil rabitə ödəmə kartı hədiyyə edilir.
“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Contact, Zolotaya Korona, Coinstar, Blizko, PrivatMoney sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. “DəmirBank” özünün Şimşək sistemi ilə isə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri göstərir.