Premium plastik kart sahiblərinə VİP zallara giriş imkanı | Banco.az

Premium plastik kart sahiblərinə VİP zallara giriş imkanı

Hər zaman yeniliklərə imza atan Expressbank-dan daha bir innovasiya: Premium kart sahiblərinə yeni Priority Pass xidməti.         

Priority Pass kartları vasitəsi ilə siz dünyanın 500-dən artıq beynəlxalq hava limanlarının VİP-zallarında  İnternet, faks, televizor, telefon, restoran və bir sıra digər xidmətlərdən istifadə edərək uçuşadək vaxtınızı daha səmərəlikeçirə bilərsiniz.

Priority Pass kart sahibləri aviaşirkətdən, aviabiletin növündən, səyahət etdiyi ölkədən asılı olmayaraq proqramda iştirak edən bütün VİP zalların üstünlüklərindən yararlana bilərlər. Bütün bu imkanlardan istifadə etmək üçün Expressbank-ın Gold və Platinum kart sahiblərinə Priority Pass üzvlük kartını əldə etmək yetərlidir. Üstəlik kart sahibi biznes üzrə tərəfdaş və qonaqlarını da özü ilə VİP zallara dəvət edə bilər.

Priority Pass kartları üzrə xidmət haqqı 1 illik 30 AZN, 2 illik 60 AZN, 3 illik 90 AZN, hava limanının VİP zalına giriş haqqı isə 27 USD təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Expressbank-ın premium kartlarına sahib olmaq istəyən müştərilər VisaGold / MasterCardGold kartlarını illik 25 AZN, VisaPlatinum/ MasterCard Platinum kartlarını isə illik 50 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə VisaGold / MasterCardGold, 800 AZN ilkin mədaxillə isə VisaPlatinum / MasterCard Platinum kartlarını Pulsuz sifariş etmək mümkündür.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isəölkəninGəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankınölkəüzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalıvardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.