PAŞA Bank Şəkidə regional biznes-forum keçirdi | Banco.az

PAŞA Bank Şəkidə regional biznes-forum keçirdi

Oktyabrın 22-də Şəkidə “Aqrar sənayenin və kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişaf perspektivləri” mövzusunda regional biznes-forum keçirilib. Tədbiri Azərbaycanın ən iri banklarından biri  olan PAŞA Bank təşkil edib.

Foruma Şəki, Zaqatala, Qəbələ, Oğuz şəhərlərindən və yaxın rayonlardan kiçik və orta biznes (KOB) sektorunun 50-yə yaxın müəssisəsinin nümayəndəsi, dövlət idarələrinin, həmçinin Şəki şəh. İcra Hakimiyyətinin başçısı Elxan Üsubov qatılıb. Tədbirdə Kənd təsərrüfatı nazirliyinin, PAŞA Holdinqin, PAŞA Bankın və PAŞA Sığortanın mütəxəssisləri məruzə ilə çıxış edib.

PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş İnvestisiya Inzibatçısı Taleh Kazımovun sözlərinə görə, Bank özünü müştərilərə daha çox maliyyə tərəfdaşı kimi təqdim edir, hansı ki maliyyə məsələlərini həll etməklə yanaşı, biznes konsultasiyalar da təklif edir. «Ona görə bu günki tədbirdə qarşımıza qoyduğumuz əsas məqsəd aqrar sənaye və kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişaf perspektivlərində bankların, xüsusən də PAŞA bankın  rolu haqqında sizinlə müzakirələr və fikir mübadiləsi aparmaqdır”, - T. Kazımov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Forum çərçivəsində iştirakçılar kənd təsərrüfatının və aqrar sənayenin müasir vəziyyəti, onların ölkənin iqtisadiyyatında rolu, KOB sektorunun sahibkarlarının iştirakı ilə aqrar sənayenin  potensial inkişaf imkanları kimi mövzuları müzakirə ediblər.  Nümayəndələr həmçinin alternativ maliyyə mənbələrinin istifadəsi imkanları, yerli şirkətlərin timsalında özəl investisiya imkanları və s. ilə tanış olublar.