NIKOIL | Bank-ın “Açıq qapı günü” davam edir | Banco.az

NIKOIL | Bank-ın “Açıq qapı günü” davam edir

Novruz bayramı ərəfəsində, 23-27 Mart tarixləri arasında NİKOYL/Bank müştəriləri üçün “Açıq qapı günü” elan etdi. Bankın bütün filiallarında hər növ kredit üzrə ödənişlər qəbul olunurdu.

Eyni zamanda, müştərilər “Dollarla kredit götürmüş borcalanlar üçün maliyyə dəstəyi” aksiyasından da istifadə edə bildilər. Cari aksiya istər biznes, istərsə də istehlak kreditini dollarla götürmüş, gecikmə günü 30 günü keçməyən borcalanlar üçün nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan şərtlərə cavab verən bütün borcalanlar üçün Bank, faiz dərəcəsini dəyişmədən və heç bir əlavə komissiya ödənişi qəbul etmədən geridə qalan kredit məbləğinin müddətini 40%-ə qədər uzatmışdır. Bu mexanizm, kredit üzrə aylıq ödənişlərin manat ekvivalentini əvvəlki vəziyyətdə qorumağa imkan yaratdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək istərdik ki, bayram günləri ərzində 1 555 701 AZN məbləğində 184 kredit restruktrizasiya edildi. Aksiya müddəti ərzində isə 7 330 483 AZN məbləğində 1018 kredit restruktrizasiya edilmişdir.

Hal-hazırda da aksiya davam etməkdədir.