NBC Bank pərakəndə bankçılıq sahəsində fəaliyyətini daha da genişləndirməkdə davam edir. Yeni avtomobillərin kreditləşməsi sahəsində bank bazarında lider olan NBC Bank, hal-hazırda əhalinin müxtəlif təbəqələri üçün sərfəli şərtlər ilə istehlak və biznes kreditləri təqdim edir.
Bu sıradan, ötən həftə təqaüdçülər üçün hazırlanan “təqaüdçü krediti” məhsulunu qeyd edə bilərik ki, bu məhsul vasitəsi ilə 70-yaşa qədər hər bir təqaüddə olan Azərbaycan vətəndaşı 5000 manata qədər və ya təqaüd məbləğinin 10 mislinə qədər kredit rəsmiləşdirmək imkanı əldə edir.
Bank eyni zamanda səyahət etmək, mebel və məişət texnikası, komputer, telefon əldə etmək istəyənlər üçün kreditlər də təqdim edir. Qeyd olunanlar ilə yanaşı, güzəştli və güzəştsiz şərtlər ilə ipoteka krediti də əldə etmək mümkündür.
NBC Bank davamlı olaraq müxtəlif peşə sahibləri üçün kredit kampaniyaları da təşkil etməkdədir. Bu sıradan, İyun ayının 17-si “həkimlər günü” və iyul ayının 2-si “polislər günü” münasibəti ilə cari ilin iyun ayının 1-dən iyul ayının 31-ə qədər, hər iki peşə sahibləri üçün daha asan, sərfəli və sadə sənədləşmə ilə pul krediti kampaniyasına başlayır. Kampaniya çərçivəsində polis işçilərindən arayış tələb olunmur, xidməti vəsiqə və bank hesabından çıxarış kreditin rəsmiləşdirilməsi üçün kifayət edir.
İllik faiz dərəcəsi 25% nəzərdə tutulan bu kampaniyada bank xərci cəmi 3% təşkil edir.
Əlaqə: (012) 932
“NBC Bank”-hər zaman yanınızda!