Muğanbankın daha 3 filialı fəaliyyətə başladı | Banco.az

Muğanbankın daha 3 filialı fəaliyyətə başladı

Bugündən etibarən Muğanbankın Şəmkir, Səlyan və Xaçmaz şəhərlərində yeni filialları fəaliyyətə başlamışdır. Bank regionlarda filial şəbəkəsini artıraraq orada yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır.

Qeyd edək ki, yeni açılmış Şəmkir, Səlyan və Xaçmaz filiallarında fiziki və hüquqi şəxslərə hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. kimi bank xidmətləri təqdim olunur.

Yeni filiallar müvafiq olaraq Şəmkir şəhəri, Səməd Vurğun küçəsi 179, Salyan şəhəri, Heydər Əliyev prospekti 109 və Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində fəaliyyət göstərirlər.

Bankın xidmət şəbəkəsinin inkişaf konsepsiyasına uyğun olaraq daha bir neçə regionlarda filial və şöbələrin açılması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 36 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.  “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.