“Monex” təcili pul köçürmə sisteminin "MoneyPolo" beynəlxalq pul köçürmə sisteminə qoşulma prosesi başa çatmışdır. Xatırladaq ki, “Monex” ilə "MoneyPolo" təcili pul köçürmə sistemləri arasında əməkdaşlıq haqqında müqavilə cari ilin mayın 30-da imzalanıb.
İki sistem arasında imzalanmış müqaviləyə əsasən inteqrasiya üçün texniki məsələlər tam həll olunmuş və “Monex” təcili pul köçürmə sistemi vasitəsilə müştərilər Böyük Britaniya, Çexiya Respublikası və Monqolustana pul göndərə b Ən sərfəli kredit üçün müraciət et
ilərlər.
Beləliklə, "MoneyPolo" sisteminə qoşulduqdan sonra “Monex” təcili pul köçürmə sisteminin məntəqələrinin sayı 1000-dən artıq olmuşdur, sistemin fəaliyyət coğrafiyası xeyli genişlənmişdir.
Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “Monex” təcili pul köçürmə sistemi vasitəsilə müştərilər həm ölkə daxilində, həm də xaricə pul vəsaitlərini təcili göndərə və qəbul edə bilərlər.