Unibankın “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının qalibləri məlum oldu. 3 ay davam edən lotereya oyununun uduş fondunda 46 min kredit ödəyicisi 70 770 şansla iştirak edib. Ümumi uduş fondu 5000 AZN olan lotereya oyununda, elektron püşkatma qaydasında açıqlanan nəticələrə əsasən 50 qalib hərəsi 100 AZN uduş qazaıb.
Lotereyanın şərtlərinə görə, bu kampaniyada iyunun 24-dən avqustun 31-dək Unibanka olan kredit ödənişlərini ölkə üzrə Azərpoçt filiallarından, Milli Ön paypointlərindən və Online formada (unibank.az və hesab.az saytlarında) həyata keçirən müştərilər iştirak ediblər. Lotereyanın şərtləri bu müddətdə Unibank filiallarında və bankın Cash-in-lərində aparılan kredit ödənişlərinə şamil edilməyib.
Qeyd edək ki, oyunun keçirildiyi aylar ərzində hər kredit müqaviləsi üzrə edilmiş ödənişlər 1 şans kimi qəbul edilib. Müştəri bir kredit müqaviləsi üzrə hər ay ( iyun,iyul, avqust) ödəniş edibsə, maksimum 3 şansı olub.
Qaliblər sentyabrın 16-sı saat 11:00-da Unibankın R.Behbudov 55 ünvanında yerləşən Baş ofisinə dəvət olunacaq və mükafatlar təqdim ediləcək. Artıq qaliblər bank tərəfindən məlumatlandırılıb.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank –hər kəsin bankı