“DəmirBank” yeni il münasibətilə 15 dekabr tarixindən 10 min manat məbləğinə qədər mikro və ya istehlak kredit məhsullarını əldə etmək istəyən müştərilərə rəsmiləşdirmə və nağdlaşdırma üzrə komissiya tətbiq etməyəcək. Keçiriləcək “Komissiyasız Yeni İl” aksiyasının şərtlərinə görə müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.
Qeyd edək ki, mikro və ya istehlak kredit məhsulları əldə etmək istəyən səxslər 15 dekabr tarixindən “DəmirBank”ın istənilən filialına müraciət edə bilərlər.
“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri və digər istehlak kreditləri mövcuddur.