Kapital Bankın yenilənmiş veb saytı NETTY mükafatına layiq görüldü | Banco.az

Kapital Bankın yenilənmiş veb saytı NETTY mükafatına layiq görüldü

Daim yenilikləri ilə müştərilərini sevindirən Kapital Bank son texnologiyaların tətbiqi sahəsində də qabaqcıl banklardandır. Daha əvvəl Kapitalkart-ınveb-saytında Şəxsi kabineti müştərilərin istifadəsinə verən Bank indi də korporativ saytını tam yeniləyib. Yeni internet saytı özünün müasir dizaynı, fərqli strukturu və istifadədə asan olması ilə fərqlənir. Azərbaycanda ən böyük filial və bankomat şəbəkəsinə malik olan bank yeni saytında da bunu nəzərə alaraq xəritə üzrə çox rahat axtarış sistemini tətbiq edib.

Eyni zamanda saytda kredit və plastik kartların onlayn sifarişi, kredit və kommunal borcların onlayn ödənişi və onlayn məsləhətçi xidmətləri də təqdim olunub.

May ayının 20-də keçirilən NETTY 2015müsabiqəsində isəKapital Bankın yenilənmiş veb saytı“Ən yaxşı koprorativ sayt” nominasiyası üzrə 50-dən çox potensial namizəd arasından qalib seçilmişdir. Qeyd edək ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı ümumdünya internet şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İTbazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. 

Ən sərfəli kredit üçün müraciət et