Kapital Bankın gündəlik tələbat kreditləri - indi daha sərfəli | Banco.az

Kapital Bankın gündəlik tələbat kreditləri - indi daha sərfəli

Kapital Bank təqdim etdiyi nağd kredit məhsulu kimi formalaşan, qısa zamanda müştərilərin rəğbətini qazanan Gündəlik Tələbat Kreditlərinin şərtlərində daha sərfəli dəyişikliklər edib. Artıq bu kreditləri 6000 AZN-dək və 36 ay müddətinədək əldə etmək olar.
Azərbaycanın bank bazarında ən aşağı illik faiz (24%) dərəcəsi ilə təqdim olunan bu kreditlər arayışsız, zaminsiz və girovsuz verilir.
Müraciət edənlər əmək haqqı, yaxud pensiya kartı Kapital Bankdan olan fiziki şəxslər olmalıdır. Kapital Bankın təklif etdiyi gündəlik tələbat kreditləri üzrə aylıq borcların ödənişi də çox rahatdır. Ödənişlər üçün hər ay banka gəlməyə ehtiyac yoxdur. Bu, Bankın saytında yerləşdirilmiş online kredit ödənişi sistemi  vasitəsilə və ya Kart sahiblərinin yazılı razılığı əsasında kredit borcunun hər ay onların əmək haqqı və pensiyalarından tutulması yolu ilə həyata keçirilə bilər. 

Ən sərfəli kredit üçün müraciət et