Kapital Bank ötən il Daşkəsən filialında baş vermiş pozuntulara aydınlıq gətirdi | Banco.az

Kapital Bank ötən il Daşkəsən filialında baş vermiş pozuntulara aydınlıq gətirdi

Kapital Bankın Daşkəsən rayon filialının bir neçə əməkdaşı barədə 2012-ci ildə açılmış cinayət işinin istintaqının yekunlaşması barədə yayılan məlumatlara Bankın mətbuat xidmətindən də münasibət bildirilib. 
Mətbuat xidmətindən verilən məlumata görə, filialın fəaliyyətində yol verilmiş pozuntu halları 2012-ci ildə burada keçirilmiş yoxlama zamanı “Kapital Bank” ASC-nin auditorları tərəfindən aşkar olunub. Müştərilərin mənafeyi öndə tutularaq, ilk növbədə, onlara dəymiş zərərlər ödənib. Eyni zamanda vəzifələrindən sui-istifadə etmiş şəxslər barədə hüquqi ölçü götürülməsi məqsədilə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilib. 
Mətbuat xidmətindən o da bildirilib ki, Kapital Bankda bu cür əməliyyat risklərinin minimuma endirilməsi məqsədilə mütəmadi tədbirlər görülür. Bu sahədə tətbiq edilən mexanizmlər dünya təcrübəsinə uyğun təkmilləşdirilir.

Ən sərfəli kredit üçün müraciət et