Kapital Bank depozit faizlərini artırır | Banco.az

Kapital Bank depozit faizlərini artırır

Müştərilərini tez-tez maraqlı sürprizləri ilə sevindirən Kapital Bank yeni kampaniyaya start verir.  “Depozitləriniz yüksəlsin” devizi altında keçirilən kampaniyanın şərtlərinə görə, 15 yanvar - 15 mart 2015-ci il tarixləri arasında “Kapital depoziti” məhsulu üzrə AZN faiz dərəcələrinə 2% əlavə olunur.

Bununla yanaşı, ən azı 12 aylıq hesab açan müştərilər həmin depozit hesabında yerləşdirilmiş hər 500 (AZN/EUR/USD) depozit məbləğinə görə bir uduş şansı qazanacaqlar. 1500 manat həcmində 2 nəfərlik səyahət paketi almaq üçün onlara vauçer hədiyyə ediləcək. Uduş fondu ümumilikdə 15 səyahət paketi olan lotoreya, martın 1-dən 15-dək oynanılacaq. Qalib əmanətçilərin müştəri kodları hər növbəti iş günü www.kapitalbank.az saytında və Kapital Bankın facebook səhifəsində elan olunacaq. Depozitləri Bankın bütün filiallarında yerləşdirmək olar

Ən sərfəli kredit üçün müraciət et