“Kapital Bank” 2014-cü ili rekord mənfəətlə başa vurdu | Banco.az

“Kapital Bank” 2014-cü ili rekord mənfəətlə başa vurdu

2014-cü il Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Kapital Banküçün uğurlu və əlamətdar illərdən biri kimi yadda qaldı.Bankın dinamik inkişafı onun səhmdarlarının 2013-cü ildə qəbul etdiyi yeni uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq özündə əsasən keyfiyyət, şəffaflıq və mənfəətlilik dəyərləriniehtiva edən ciddi islahatlara əsaslanmışdır. Bununla yanaşı, Bank 2014-cü ildə məhsul portfelinin zənginləşdirilməsi istiqamətində də əsaslı işlər aparmışdır. Tarixən real sektorun maliyyələşdirilməsi sahəsində güclü olan Bank keçən il demək olar ki, əsas fokusunu pərakəndə bankçılığın inkişafına yönəldərək nəzərəçarpacaq irəliləyişə nail olmuşdur. Bankın ötən il üçün maliyyə göstəricilərini təhlil etdikdə il ərzində görülmüş işlərin böyük uğurlarla nəticələndiyini müəyyən etmək olar.

2014-cü ilin yekunlarına görə, Bankın cəmi aktivləri1,375 mlrd. manat təşkil etmişdir ki, bu da 2013-cü ilin yekunları ilə müqayisədə 321 mln. manat və yaxud 31% çoxdur. Müqayisə üçün bildirək ki, ötən il Azərbaycanın bank sektorunda aktivlərin orta artım tempi 24% olmuşdur.

Aktivlərin strukturunda əsas maddə kimi Bankın kredit portfeli 189 mln. manat və yaxud 27,5% artaraq 878 mln. manata çatmışdır.

Bankın əmanət portfeli bu ilin əvvəlinə 607 mln. manat təşkil etmişdir (183 mln. manat və yaxud 43% artım).

2014-cü ildə Bankın kapitallaşma göstəricisi də əhəmiyyətli dərəcədə artmışdır. Belə ki,ilin sonuna qurumun nizamnamə kapitalı 2,3 dəfə artaraq 186mln. manata, məcmu kapitalı isə 66% artaraq 294 mln. manata çatmışdır. Bu isə Azərbaycan Respublikasının Mərkəzi Bankının kommersiya bankları qarşısında məcmukapitalla bağlı qoyduğu minimal tələbdən (50 mln. manat) təxminən 5 dəfə çox olmaqla, bankın yüksək səviyyədə kapitallaşdığını, öz müştəriləri qarşısında öhdəlilərini istənilən şəraitdə tam yerinə yetirə biləcəyini göstərir. Bununla bağlı, “Fitch” Beynəlxalq Reytinq Agentliyi2014-cü ildə Bankda baş verəndavamlı inkişaf prosesləri və güclü kapitallaşma ilə əlaqədar Kapital Bankın dayanıqlıq reytinqi “b” səviyyəsinə qədər yüksəltmişdir.

Kapital Bank 2014-cü ildə ölkənin gəlirli banklarının siyahısında ən üst pillələrdə qərarlaşmışdır. Hesabat ilində bankın faiz gəlirləri 2 dəfə artaraq 128 mln. manat, qeyri-faiz gəlirləri isə 65 mln. manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Nəticədə Kapital Bank 2014-cü ildə özünün tarixi rekorduna imza ataraq 68 mln. manat mənfəət əldə etmişdir. Onu da qeyd edək ki, bu göstərici 2013-cü ilin müvafiq göstəricisindən 2 dəfə çoxdur.

2014-cü ildə Bank əsasən parəkəndə bank xidmətlərinin inkişafı istiqamətində fokuslansa da, iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinə də böyuk önəm vermişdir. Bank ötən il ərzində ölkədə sahibkarlığın inkişafına 355 mln. manat vəsait ayırmışdır. Eyni zamanda 2014-cü ilin sonuna Kapital Bankın Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına real sektora ayırdığı kreditlərin ümumi portfeli 47 mln. manat təşkil etmişdir.

Verilmiş kommersiya kreditləri iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən tikinti, istehsal, ticarət, xidmət və s. fəaliyyət göstərən kiçik və iri biznes təmsilçilərinin inkişafına yönəldilmişdir.

Pərakəndə bankçılıq sektoruna gəlincə isə, Bank il ərzində məhsul və xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılmasında ciddi irəliləyişə nail olmuşdur. Xüsusilə Bankın kredit və əmanət məhsullarının çeşidi artırılmış, müştərilərin istək və sorğularına cavab verən mütəmadi kampaniyalar həyata keçirilmişdir. 2014-cü ilin noyabr ayında isə Bank özünün yeni məhsulu olan Kapital kart taksit kartını müştərilərinə təqdim etmişdir.İstifadə olunan kredit limitinin əlavə faiz hesablanmadan hissə-hissə ödənilməsi prinsipinə əsaslanan bu məhsul qısa müddətdə populyarlıq qazanaraq hazırda bu seqmentdə ən dinamik inkişaf edən brendlərdən birinə çevrilmişdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 6 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli müştəri xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz