İpoteka kreditini ödəmək rahat oldu! | Banco.az

İpoteka kreditini ödəmək rahat oldu!

Azərbaycanda ipoteka kreditlərinin verilməsi üzrə lider banklardan olan Kapital Bank, sözügedən kredit növü üzrə ödənişlərin Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vasitəsilə qəbulu sisteminə qoşulub. Artıq ipoteka krediti əldə etmiş vətəndaşlar aylıq ödənişlərini Kapital Bank filialları ilə yanaşı, bütün poçt şöbələrində, www.gpp.az portalı vasitəsilə onlayn rejimdə və sistemə qoşulan digər maliyyə qurumlarının ofislərində ödəyə biləcəklər. Ödənişləri həyata keçirmək üçün kredit kodunu təqdim etmək lazımdır. Kredit kodunu öyrənmək üçün müştərilər krediti əldə etdikləri filiala müraciət etməli və ya Azərbaycan İpoteka Fondunun saytına daxil olmalıdırlar.  

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, KÖMİS sistemi 2008-ci ildən istifadəyə verilmişdir. Sistemə qoşulmuş 35 bank və 700-ə yaxın poçt şöbəsində bu təşkilatların abonentlərinə borclar haqqında məlumatlar çatdırılır və xidmət haqları qəbul edilir.