İnternet Bankçılığa Qoşul, 5 Manat Bal Qazan! | Banco.az

İnternet Bankçılığa Qoşul, 5 Manat Bal Qazan!

Vaxtımıza qənaət edərək istənilən zaman və dünyanın istənilən nöqtəsindən bank hesablarımızı 7/24 rahatlıqla idarə etmək hər birimizin istəyidir. Bunun üçün Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq xidməti mövcuddur. Bu xidmət vasitəsilə banka getmədən operativ və təhlükəsiz şəkildə kart, bank, əmanət və kredit hesabları haqqında məlumatları əldə etmək, eyni zamanda, Worldcard borcunu avtomatik olaraq ödəmək və hesab bildirişini çap etmək mümkündür.

Yeni kampaniyaya əsasəni sə 12 may-12 iyun tarixləri arasında Worldcard və ya Pulkart sahibləri olan Yapı Kredi Bank Azərbaycanın fərdi müştəriləri İnternet Bankçılıq xidmətinə ilk dəfə qoşulduqda Worldcard və ya Pulkart hesablarına hədiyyə olaraq 5 manat bal qazanacaqlar.

İnternet Bankçılıq xidmətinə qoşulmaq üçün Yapı Kredi Bank Azərbaycanın filiallarından birinə yaxınlaşaraq heç bir ödəniş etmədən qeydiyyatdan keçmək lazımdır, sonra isə kampaniyadan yararlanmaq üçün müştəri bank tərəfindən verilmiş müştəri nömrəsi və şifrə ilə yapikredi.com.az saytından “Fərdi İnternet Bankçılıq” bölməsinə daxil olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bu kampaniyadan yararlanaraq həm vaxtınıza qənaət etmiş, həm də əlavə ballar qazanmış olarsınız.

Təklif olunan kampaniya ilə bağlı əlavə məlumatı http://www.yapikredi.com.az/  ünvanından, http://www.facebook.com/yapiKrediAZ  və http://www.facebook.com/YapiKrediWorldAZ  səhifələrindən və ya *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə zəng edərək əldə etmək mümkündür.