Bank VTB (Azərbaycan) noyabrın 25-dən etibarən “İdeyalar Bankı” adı altında yeni layihəyə start vermişdir. Layihədə arzu edən hər kəs iştirak edə bilər. Müsabiqəyə 2014-cü il martın 25-də yekun vurulacaqdır. Maraqlı ideyalar təklif edən iştirakçılara Bank tərəfindən pul mükafatları təqdim olunacaqdır. Mükafat fondunun ümumi məbləği 3500 AZN-dir.
Bank VTB-nin (Azərbaycan) “İdeyalar Bankı” layihəsi üzrə müsabiqəyə start verildiyi gündən etibarən bankidey@vtb.az elektron ünvanına yeni ideyalar daxil olmaqda davam edir. Layihənin bəzi iştirakçıları eyni zamanda bir neçə bank məhsulu üzrə təkliflər paketini göndərirlər. Beləliklə, təqdim olunmuş ideyaların sayı iştirakçıların sayını dəfələrlə üstələyir.
Müsabiqə iştirakçılarının ideyaları arasında fiziki qüsuru olan müştərilərə xidmət göstərilməsinin yaxşılaşdırlması, kredit kartları üzrə yeniliklər, ipoteka krediti üzrə təkliflər və s. var. Müvafiq layihə bank xidmətlərindən aktiv istifadə edən aparıcı kommunikatorlarla əks əlaqənin vacibliyini növbəti dəfə sübut edir.
Mükafat fondu “Orijinal ideya”, “İnnovativ ideya” və “Qızıl ideya” nominasiyaları üzrə paylaşdırılacaqdır. Belə ki, “Qızıl ideya” nominasiyası üzrə mükafatçıya 2000 AZN, “İnnovativ ideya” üzrə 1000 AZN, “Orijinal ideya” üzrə isə 500 AZN təqdim olunacaqdır.
Xatırladaq ki, layihədə iştirak etmək üçün yeni təklif və ideyaları bankidey@vtb.az elektron ünvanına göndərmək lazımdır. Təqdim olunan ideyalar aşağıdakı mövzulara aid olmalıdır:
• bankda müştərilərə göstərilən xidmətin sürətini artırmaq üçün məhsullarda, proseslərdə və digər təşəbbüslərdə dəyişikliklərin həyata keçirilməsi;
• məhsulların çeşidinin artırılması;
• bankda xidmətin keyfiyyətinin yaxşılaşdırılması.