Gəncə sakini Bank VTB-dən pul mükafatı qazandı | Banco.az

Gəncə sakini Bank VTB-dən pul mükafatı qazandı

Bank VTB (Azərbaycan) “İdeyalar Bankı” müsabiqəsi üzrə “Qızıl ideya” nominasiyasında qalibi təbrik etdi. 
Bankdan portalımıza verilən məlumata əsasən, Gəncə şəhər sakini Qafarov İlham Qafar oğlu, bank reklamının fərdi adaptasiyası layihəsi üzrə mükafata layiq görülüb. 
Bank VTB (Azərbaycan) ASC-nin Şəbəkənin İnkişafı İdarəsinin rəisi Toğrul Əliyev müsabiqənin qalibini təbrik edib. İlham Qafarova pul mükafatı və xatirə hədiyyələri təqdim olunub. 
İlham Qafarov bank reklamının istehlakçıya uyğun şəkildə fərdi adaptasiyası üzrə  təqdim etdiyi layihə ilə “Qızıl İdeya” nominasiyasında digər müsabiqə iştiraçılarından seçilmişdir. İdeya daxili bazarda reklam siyasətinin səmərəliliyinin artırılmasına yönəldilmişdir. Layihənin gerçəkləşməsi çarpaz satışların artırılmasını nəzərdə tutur.  
Toğrul Əliyev redaksiyamıza bildirib ki, bank rəhbərliyinin müvafiq aksiyaların keçirilməsində maraqlı olduqca maraqlıdır. Belə ki, bu cür tədbirlər işin səmərəliliyini artırır, ən qabaqcıl təcrübənin və yeni məhsulların tətbiqi prosesində müştərilərlə əks əlaqəni təmin edir. 
Xatırladaq ki, “İdeyalar Bankı” müsabiqəsi üç ay davam etmişdir. Layihədə iştirak etmək istəyənlər öz ideyalarını
bankidey@vtb.az elektron ünvanına göndərirdilər.

Ən sərfəli kredit üçün müraciət et