"Fitch" Azərbaycan Beynəlxalq Bankının kapitalının artırılması planını müsbət qiymətləndirir | Banco.az

"Fitch" Azərbaycan Beynəlxalq Bankının kapitalının artırılması planını müsbət qiymətləndirir

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla təsdiq edib. Trend-in məlumatına görə, bu barədəcüməgünü agentliyin yaydığı məlumatda deyilir.

Məlumata görə, reytinqin təsdiq edilməsi "Fitch"in zərurət halında dövlət (ölkənin reytinqi - BBB-/"Sabit") banka dəstək verəcəyi iləbağlı mötədil ehtimalının olması fikrini əks etdirir.

Agentlik səhmdarların cari ilin oktyabrında ABB-nin kapitalının artırılması üzrəplanını elan etmələrini müsbət qiymətləndirirlır. Eyni zamanda, mütəxəssislər narahatdırlar ki, menecmentin elan etdiyi bankın kredit portfelinin ildə15-20 faiz artması planı, həmçinin dividentlərin ödənişi yekunda kapital göstəricilərinin xeyli yaxşılaşacağına səbəb olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, "Fitch" bankın qısamüddətli EDR-ni "B" səviyyəsində, davamlılıq reytinqini (VR) "b-" səviyyəsində, dəstək reytinqini "3" səviyyəsində, uzunmüddətli EDR dəstək səviyyəsini isə"BB" səviyyəsindətəsdiq edib.