Expressbank müştərilərə istehlak kreditləri üzrə “Qış kampaniyası” adlı kredit aksiyasını təklif edir. Aksiya 31 dekabr 2014-cü il tarixinədək davam edəcək.
Aksiyanın şərtlərinə görə, müştərilər nağd pul krediti götürərkən borcu ödəməyə növbəti aydan deyil, istəyə görə 1 və ya 2 ay sonra başlayacaqlar. Kreditin məbləği 10000 AZN-dək, maksimal müddəti isə 36 aydır.
Qeyd edək ki, Expressbank müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.