Expressbank ad günü olanlar üçün yeni güzəştli kredit aksiyasına başlayıb. Belə ki, müştərinin banka müraciət etdiyi tarix doğum günü ilə eyni aya təsadüf etdikdə, həmin müştəriyə istehlak kreditləri üzrə komissiya xərclərində yaşı qədər endirim təqdim edilir və Visa Gold kartı hədiyyə olunur.
Əgər müştəri ExpressCard kredit məhsulunu sifariş edərsə, ona həmin kart Visa Gold əsasında veriləcək.
Qeyd edək ki, Expressbank müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.