“Ən yaxşı riteyl bank” | Banco.az

“Ən yaxşı riteyl bank”

Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan  “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə,  Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. Jurnalın ekspertləri bu qərarı bankın maliyyə nəticələrinə, innovasiya fəaliyyətinə və inkişaf strategiyasına əsaslanaraq verib.

  • 2014-cü il Unibank üçün ən uğurlu illərdən biridir. İlkin göstəricilər də bunu deməyə imkan verir:
  • Bank öz müştərilərinə xidmətin keyfiyyətini daha da artırmaqla filiallarının sayını 38-ə çatdırıb.
  • Unibank filialları hazırda 711 minə yaxın müştəriyə xidmət göstərir.
  • 2014-cü ilin 11 ayı  ərzində Bankın müştərilərinin sayında 37% artım qeydə alınıb.
  • Unibankın aktivləri və kredit portfeli 17% artıb.

2015-ci ildə də Bankın müştərilərini və partnyorlarını böyük sürprizlər gözləyir. Unbank gələn il öz xidmətlərini daha da təkmilləşdirməyi, bazara yeni məhsullar çıxarmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et