Azər-Türk Bank 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə 17 iyun – 17 iyul tarixləri arasında yeni kampaniyaya start verib. Belə ki, dövlət qulluqçuları əmək haqqı kart hesablarından son 6 ayın çıxarışını təqdim etməklə illik 15%-dan başlayaraq 50,000 AZN qədər kreditlər əldə edə biləcəklər.
Bundan başqa həmin tarixlərdə müraciət edən dövlət qulluqçuları Master Gold kredit kartları əldə edə biləcəklər. Azər-Türk Bankın kredit kartlarının vasitəsilə ölkə daxilində və xaricində 40 günə qədər faizsiz ödəmə imkanı mövcuddur.
Daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya və ya rəsmi internet səhifəmizdən məlumat ala bilərsiniz (www.azerturkbank.biz).