DəmirBank plastik kart istifadəçilərinə yeni təkmilləşdirilmiş qaydada PIN-Change xidmətini təqdim edib. Bu xidmət plastik kart sahiblərinə kartın PİN şifrəsini istəklərinə uyğun yeni şifrə ilə əvəz etmək imkanı verir.
Bankın müştəriləri PİN şifrəni DəmirBank-ın bankomatı vasitəsi dəyişə bilər. Bunun üçün bankomatın menyusunda müvafiq əməliyyatı seçmək zəruridir. Qeyd edək ki, DəmirBank-ın ölkə üzrə 60-dan çox bankomatı mövcuddur.
DəmirBank plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.
DəmirBank plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.