“DəmirBank” təqdim etdiyi “DəmirTaksit” kredit kartının verilişilərini davam etdirir. Bank bununla yanaşı, “DəmirTaksit” kart sahibləri üçün davamlı olaraq aksiyalar həyata keçirir ki, bu da kart sahiblərinə aksiyalardan yararlanaraq dəyərli hədiyyələr əldə etmək imkanı verir. Belə ki, “DəmirTaksit”lə mart ayı ərzində ən çox nağdsız əməliyyat aparmış ilk 8 nəfərə televizor, notebook, fotoaparat kimi hədiyyələr təqdim ediləcək. “DəmirBank” eyni zamanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə 6,7,8 mart tarixlərində “DəmirTaksit” kartı ilə əməliyyat aparmış xanımlara xərclənən məbləğlərin 8 %-ni hədiyyə olaraq onların balanslarına geri qaytaracaq.
Qeyd edək ki, 35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.