Dəmirtaksit istifadəçilərinin sayı artmaqda davam edir | Banco.az

Dəmirtaksit istifadəçilərinin sayı artmaqda davam edir

“DəmirBank” ASC tərəfindən yeni təqdim edilən DəmirTaksit kartlarının sayı sürətlə artmaqdadır. Artıq 12 mindən artıq istifadəçisi olan DəmirTaksit kartları ölkə daxilində və dünyanın 200-dək ölkəsində ticarət və xidmət mərkəzlərində, internetdə və bankomatlarda istifadə imkanı verən bu kartlar vasitəsilə ödənişləri avtomatik olaraq 12 ayadək hissələrə bölməklə ödəmək mümkündür.

DəmirTaksit kartlarının ən vacib üstünlüklərindən biri odur ki, kart heç bir partnyor şəbəkəsindən asılı deyil və bu da kart sahiblərinə POS terminal olan istənilən ticarət və xidmət mərkəzində rahat alış-veriş etmək imkanı verir. Həmçinin internet vasitəsilə həyata keçirilən ödənişlər və bankomatdan çıxarılan nağd vəsaitlər də avtomatik hissələrə bölünərək ödənilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Digər bir üstünlük isə müştərinin “DəmirBank”dan  əldə etdiyi  DəmirTaksit kartlarının  avtomatik olaraq SMS məlumatlandırma xidmətinə heç bir xidmət haqqı tutulmadan qoşulmasıdır. Bu  xidmət sayəsində müştəri aylıq ödənişlərlə bağlı əvvəlcədən məlumat əldə edə bilir. 

Kartı əldə etmək üçün minimal aylıq xalis gəlir tələbi 100 AZN-dir və təminat tələb olunmur.