22 avqust 2014-cü il tarixində “DəmirBank”ın Lənkəran filialında Bankın 25 illik yubileyi ilə əlaqədar “Açıq qapılar” tədbiri keçirilib.
Tədbirdə bankın müştərilərə göstərdiyi diqqət və qayğı barəsində məlumat verilmiş və müştərilər Bankın müxtəlif xidmət və sərfəli məhsullarından aktiv şəkildə istifadə etməyə dəvət olunmuşdur. Tədbir zamanı qonaqlar və filial müştərilərinə qiymətli hədiyyələr təqdim edilmişdir.
Bankın nümayəndələri çıxış edərək “DəmirBank”ın 25 illik fəaliyyəti, tarixi uğurları və üstünlükləri, eləcə də Lənkəran filialının göstərdiyi xidmətlər, xüsusilə də “Güzəştli kredit” və müştərilərə pulsuz təqdim olunan “DəmirTaksit” məhsulları barədə iştirakçılara geniş məlumat veriblər.
Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.