“DəmirBank”ın “Komissiyasız Yeni İl” aksiyası davam edir | Banco.az

“DəmirBank”ın “Komissiyasız Yeni İl” aksiyası davam edir

“DəmirBank”ın yeni il münasibətilə keçirdiyi “Komissiyasız Yeni İl” aksiyası davam edir. Aksiyanın şərtlərinə görə 10 min manat məbləğinə qədər mikro və ya istehlak kredit məhsullarını əldə etmək istəyən müştərilərə rəsmiləşdirmə və nağdlaşdırma üzrə komissiya tətbiq edilmir.  Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

Qeyd edək ki, “Komissiyasız Yeni İl” aksiyası yanvarın 31-dək davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri və digər istehlak kreditləri mövcuddur.