DəmirBankda “Asayiş” aksiyası müddəti uzadılmışdır | Banco.az

DəmirBankda “Asayiş” aksiyası müddəti uzadılmışdır

DəmirBank 2 iyul – Polis günü münasibətilə Daxili İşlər Nazirliyinin əməkdaşları üçün 25 İyul 2014-cü il tarixinədək güzəştli kredit aksiyası keçirmişdir. Aksiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən çox böyük maraqla qarşılanmış və “Asayiş” aksiyasının müddətinin uzadılması ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq aksiyanın müddəti 31 Oktyabr 2014-cü il tarixinədək uzadılmışdır.

Aksiyanın şərtlərinə görə istehlak kreditləri üzrə Banka müraciət edən polislərə illik faiz dərəcəsində 2% endirim tətbiq olunur. Kreditin məbləği maksimum 10000 AZN olmaqla, 36 aylıq rəsmiləşdirilə bilər.

Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bu il Dəmirbank 25 illik yubileyini qeyd edir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.