DəmirBank yeni “Əmlak girovlu kredit” adlı kredit aksiyasına başlayıb | Banco.az

DəmirBank yeni “Əmlak girovlu kredit” adlı kredit aksiyasına başlayıb

DəmirBank girov qoymaqla kredit götürmək istəyənlər üçün “Əmlak girovlu kredit” adlı yeni kredit aksiyasına başlayıb. Aksiya 30 sentyabr 2014-cü il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə ev, mənzil, torpaq, obyekt və s. girov qoyan müştərilərə 10 000 – 50 000 AZN kredit verilə bilər. Krediti maksimum 60 ay müddətinə rəsmiləşdirmək mümkündür.

Aksiya avtomobil, ipoteka, təkrar müştərilərə kredit və depozit əsaslı kreditlərə şamil edilmir. Müştəri aksiya çərçivəsində kredit məhsulundan bir dəfə yararlana bilər.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.