DəmirBank Xırdalan filialının açılış tədbirini keçirib | Banco.az

DəmirBank Xırdalan filialının açılış tədbirini keçirib

DəmirBank bu gün, 10 aprel tarixində, Xırdalan filialının korporativ tərtibatda rəsmi açılış tədbirini keçirib.

Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi 7/1, Absheron Mega City ticarət mərkəzində (Misir parkının yanında) yerləşən filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

DəmirBank son 3 ilə yaxın müddətdə 14 filialını yeni ofislərə köçürüb və daha bir neçə filialın köçürülməsi nəzərdə tutulur. Filialların daha rahat və geniş ofislərə köçürülməsi, vahid korporativ üslubda interyer tərtibat və təmir işləri Bankın müştəri xidmətinə verdiyi önəmi əks etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda DəmirBank-ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə ölkənin Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad, İmişli və Beyləqan şəhərlərində yerləşir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.