DəmirBank may ayının nəticələrini elan edib | Banco.az

DəmirBank may ayının nəticələrini elan edib

DəmirBank-ın aktivləri 1 iyun 2014-cü il tarixinə 400,4 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 34,4 mln. manat və ya 12,1% artaraq 318,7 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 iyun 2014-cü il tarixinə 189,3 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 iyun 2014-cü il tarixinə 165,4 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 21,1% və ya 28,8 mln. manat çoxdur.

Bankın 1 iyun 2014-cü il tarixinə məcmu kapitalı isə 62,4 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.