DəmirBank-ın MasterCard və Maestro kart sahibləri üçün UEFA Çempionlar Liqasını canlı izləmək şansı | Banco.az

DəmirBank-ın MasterCard və Maestro kart sahibləri üçün UEFA Çempionlar Liqasını canlı izləmək şansı

DəmirBank-ın Maestro və MasterCard kartlarının sahibləri “MasterCard-la alış-veriş edin, övladınız üçün qiymətsiz maskot təcrübəsi qazanın və UEFA Çempionlar Liqasının oyununu canlı izləyin!” adlı stimullaşdırıcı lotereyada iştirak edir.

Kampaniya çərçivəsində 1 – 31 oktyabr 2013-cü il tarixində Maestro və MasterCard plastik kartları vasitəsi ilə yerli və beynəlxalq alış-veriş zamanı POS terminallar və ya internetdən (elektron ticarət) istifadə etməklə ödənişlər həyata keçirən müştərilər qalib olmaq şansı qazanır.

Lotereyanın uduş fondu ümumilikdə 3 ədəd  2 nəfərlik hədiyyə paketindən ibarətdir. Hər hədiyyə paketinə UEFA Çempionlar Liqasının 10 dekabr 2013-cü ildə Türkiyədə keçiriləcək oyununa 2 ədəd dəvətnamə, 1 gecəlik 2 nəfərlik otaq və 2 nəfərlik Bakı – İstanbul – Bakı aviabileti daxildir. Qalib olan şəxsi futbol oyununda 7-9 yaşlı, boyu 110-130 sm. olan uşaq müşayiət etməlidir. Həmin uşaq futbolçunun yanında oyundan əvvəl stadiona çıxacaq. 

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank hazırda kartlar üzrə “5 manata” və “Pulsuz” aksiyalarını keçirir. “5 manata kart” aksiyası üzrə müştərilər yalnız 5 manat ödəməklə MasterCard Standard kartlarını əldə edə bilər. “Pulsuz” aksiyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir. DəmirBank həmçinin "Xaricdə Təhsil Alanlara Pulsuz Plastik Kart” proqramını da həyata keçirir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.