DəmirBank-ın kredit ödənişləri və kredit müraciətləri artıq Hesab.az portalında! | Banco.az

DəmirBank-ın kredit ödənişləri və kredit müraciətləri artıq Hesab.az portalında!

DəmirBank GoldenPay şirkəti ilə əməkdaşlıq çərçivəsində növbəti layihəni tətbiq etdi. Bankın müştəriləri öz kredit ödənişlərini artıq Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan  www.hesab.az vasitəsilə vaxt itirmədən, istənilən vaxt, olduqları məkandan asılı olmayaraq daha rahat ödəyə və DəmirTaksit kartları, kredit kartları və nağd pul krediti üçün onlayn müraciət edə bilərlər. Sayt üzərindən istər AzeriCard, istərsə də MilliKart Prossesinq Mərkəzlərində xidmət olunan bankların plastik kartları vasitəsilə kredit ödənişləri həyata keçirmək mümkündür. Bundan əlavə, digər yerli və xarici bankların Visa və MasterCard kartlarının, həmçinin Azərpoçtun plastik kartlarının sahibləri də DəmirBankın kreditlərini www.hesab.az portalı vasitəsilə ödəyə bilərlər. 

Saat 17:00-a kimi həyata keçirilən ödənişlər həmin gün, 17:00-dan sonra olan ödənişlər isə hesaba növbəti iş günü ərzində mədaxil olunur. Əməliyyat bankın qeyri iş günlərində aparılırsa, vəsait növbəti iş günü ərzində hesaba daxil olunur.

Ən sərfəli kredit üçün müraciət et

Portal üzərindən sifariş imkanı olan DəmirTaksit kartları heç bir partnyor şəbəkəsindən asılı deyil və bu da kart sahiblərinə POS terminal olan istənilən ticarət və xidmət mərkəzində rahat alış-veriş etmək imkanı verir.

DəmirTaksit sahibləri üçün ən böyük üstünlüklərdən biri də odur ki, kartdan istifadə zamanı ödənilən məbləği 1, 3, 6 və 12 aya bölərək hissələrlə ödəmək mümkündür. Digər bir üstünlük isə DəmirTaksit kartlarının  avtomatik olaraq SMS məlumatlandırma xidmətinə heç bir xidmət haqqı tutulmadan qoşulmasıdır. Bu xidmət sayəsində müştəri aylıq ödənişlərlə bağlı əvvəlcədən məlumat əldə edə bilir. 

DəmirBank, müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, peşə, ipoteka və s. kreditlər, eyni zamanda rəngarəngliyi və yüksək gəlirliliyi ilə cəlbedici olan geniş çeşidli əmanət növlərini təklif edir.