DəmirBank-ın 2014-cü ilin avqust ayından etibarən VISA Gold və VİSA Platinum kart sahibləri üçün tətbiq etdiyi xərclənmiş vəsaitlərin bir hissəsinin geri ödənişi (Cashback) aksiyası davam edir.
Bu aksiya DəmirBank-ın VISA Gold və VİSA Platinum kart sahibləri üçün keçirdiyi 3-cü aksiyadır. Aksiyanın ilk mərhələləri 2012-ci və 2013-cü illərdə həyata keçirilmişdir.
Aksiyanın şərtlərinə əsasən, kart sahiblərinin Azərbaycanda və dünyanın istənilən ölkəsində bu kartlar vasitəsilə apardığı nağdsız ödənişlərin müəyyən hissəsi kart hesabına geri qayıdır (Cashback / geri ödəmə xidməti). VISA Gold sahibləri nağdsız dövriyyələrinin 0,7%-ni, VISA Platinum sahibləri isə 1,5%-ni qazanırlar. Aksiya üzrə hesablaşmalar hər ay həyata keçirilir və kart sahibi bu barədə SMS-bildiriş alır. Bu aksiya nağd pul əməliyyatlarına və kartdan karta pul (Card-to-Card) köçürmələrinə şamil olunmur.
DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətlərini, billpay.demirbank.az səhifəsində kart vasitəsilə kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və s. xidmətləri təqdim edir. DəmirBank-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) kartlar təqdim edir.