DəmirBank dünyanın 130-dək ölkəsinə 1% komissiya ilə pul köçürmələr təklif edir | Banco.az

DəmirBank dünyanın 130-dək ölkəsinə 1% komissiya ilə pul köçürmələr təklif edir

DəmirBank dünyanın 130-dək ölkəsinə Lider sistemi ilə 1% komissiya ilə təcili pul köçürmə xidmətlərini təqdim edir. Bu komissiya beynəlxalq təcili pul köçürmələri sahəsində ölkədə ən aşağı və sərfəli komissiyalardandır.

Lider sistemi ilə müştərilər 130-dək ölkə üzrə ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. Bu ölkələr sırasında Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Belarus, Latviya, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Böyük Britaniya, İtaliya, İspaniya, Belçika, Polşa, Portuqaliya, Rumıniya, Yunanıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Kanada, Çin, Vyetnam, Monqolustan və sair ölkələr mövcuddur.

Həmçinin DəmirBank Azərbaycanda ilk dəfə xaricdən pul köçürmələrini plastik kartla almaq imkanını təqdim edir. Lider sistemi ilə göndərilən pul köçürmələrini müştərilər DəmirBank-ın bütün kartları və bu məqsədlə xüsusi yaradılan LiderKart ilə banka gəlmədən ala bilər.

Kartın üzərində olan nömrənin son 6 rəqəmini və kartın etibarlılıq müddətini bildirməklə, xaricdən pul göndərən şəxs DəmirBank-ın istənilən kartına pul vəsaitini köçürə bilər. Kart istifadəçisi karta daxil olan vəsaiti bankomatdan nağd çıxara və ya nağdsız ödənişlər etməklə istifadə edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Lider sistemi ilə pul köçürmələri alan müştərilər LiderKart-ı DəmirBank-dan pulsuz ala bilər. DəmirBank bankomatları ilə LiderKart-dan pul çıxardıqda müştəridən komissiya tutulmur (konvertasiya olduqda - 0,5%). Kartdan vəsaiti Azərpoçtun regionlarda olan 100-dək məntəqəsində və digər bankların bankomatlarında da nağdlaşdırmaq olar, lakin bu halda müvafiq komissiya tutulur. Kartda orta aylıq qalığa illik 2% ilə hər ay faiz hesablanır.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.