DəmirBank-da pul köçürmə sistemləri üzrə aksiyanın müddəti uzadılıb | Banco.az

DəmirBank-da pul köçürmə sistemləri üzrə aksiyanın müddəti uzadılıb

DəmirBank-da həyata keçirilən “Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası 31 mart 2014-cü il tarixədək uzadılıb.

Aksiyanın şərtlərinə əsasən DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

DəmirBank əhaliyə 200-dək ölkə üzrə beynəlxalq pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Contact, Coinstar, Migom, Blizko, Lider, PrivatMoney, UPT, Monex və Şimşək sistemləri ilə pul köçürmələri həyata keçirir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.