“DəmirBank” “Maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində şagirdlərin maliyyə biliyinin artırılması məqsədilə Sabunçu rayon 309 saylı orta məktəbdə tədbir keçirib.
Təbdirdə “DəmirBank” və “Azərbaycan Respublikası Mərkəzi Bankı”nın əməkdaşları şagirdlərə əmanətlərin sığortalanması, büdcənin düzgün, səmərəli şəkildə təşkili və xərclənməsi barədə məlumatlar veriblər. Daha sonra şagirdlər arasında yarışma keçirilərək maarifləndirici hədiyyələr paylanılıb.
Beynəlxalq Əmanətlər Günü ilə bağlı sosial aksiyalar Azərbaycanda 2012-ci ildən Mərkəzi Bankın təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə həyata keçirilir.
Aksiyaya davamlı olaraq qatılan “DəmirBank” bu kimi maarifləndirici təbdirləri regionlarda da gerçəkləşdirir.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.