Expressbank-ın SmileCard taksit kartı ilə tərəfdaş axtarmağa ehtiyac yoxdur. Bu kart dünyanın istənilən yerində keçərlidir. Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı Expressbank filiallarında dərhal əldə edə bilərlər.
“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği isə 3000 AZN təşkil edir.
Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir.
SmileCard-ı həmçinin onlayn sifariş etmək mümkündür – http://www.expressbank.az/AzOrderSmilecard.html.
Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.