Bu əlamətdar gündə - 5 oktyabr (şənbə), Unibank müəllimlərə krediti komissiyasız, 3% endirimlə verəcək. Üstəlik filiallar axşam saat 20.00-dək işləyəcək.
Unibankdan müəllimlər gününə hədiyyə . Müəllimlər günündə Unibank filiallarına gələn hər bir təhsil işçisini böyük sürpriz gözləyir. 5 oktyabrda hər bir təhsil işçisi heç bir komissiya ödəmədən, Unibankdan kredit götürəcək. Dəyərli müəllimlərimiz həmçinin bank filiallarından 3 faiz endirimlə, maksimal 7500 AZN-dək və 48 ay müddətinədək kredit götürə biləcəklər. Üstəlik hər bir müştəriyə minimum 300 AZN balanslı üzvlük kartı da hədiyyə edilir.
Müəllimlər bayramı münasibəti ilə Unibank filallarının iş rejimi də uzadılıb. 5 oktyabr şənbə günü təhsil işçiləri ilə yanaşı bütün müştərilər səhər saat 09.00-dan axşam saat 20.00-dək, bank filiallarına kredit üçün müraciət edə biləcəklər.
Unibank 32 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.
Qeyd edək ki, Unibankda kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, Unibankın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.