Ən gözəl hədiyyə ad günündə, sərfəli kredit isə peşə bayramı münasibətilə keçirilən kampaniyada verilir. Unibank Dövlət Gömrük Komitəsi əməkdaşlarının 30 yanvar- peşə bayramı münasibəti ilə 0% komissiyasız kampaniya keçirir. Gömrük əməkdaşları 30 yanvar- 7 fevral tarixlərində Unibank filiallarına müraciət edərək, 10.000 AZN-dək komissiyasız kredit götürə biləcəklər.
Artıq siz iş yerinizdən arayış gətirmədən də Unibank filiallarına kredit almaq üçün müraciət edə bilərsiniz. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.