1994-cü ilin bugünü Banka, Azərbaycan Milli (hazırda Mərkəzi) Bankı tərəfindən, 198 nömrəli bank əməliyyatların aparılmasına dair lisenziya verilmişdi. İlk olaraq, Bank “Rəşadbank” adı altında fəaliyyətə başlamış, 1998-ci ildə isə “Texnika Bank” adlandırılaraq, fəaliyyətini davam etdirmişdi.
2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, Bankımız, “Bank Technique” adı ilə bazara daxil olaraq, qısa zaman ərzində innovativ bank imicini yarada bilib.
Ən əsası, Bankımız maliyyə göstəricilərini keyfiyyətcə yaxşılaşdırıb, nizamnamə kapitalını xeyli artırıb, Azərbaycan bazarına yeni, unikal xidmət və məhsullar çıxardıb.
Baş ofis, 32 filial və 16 şöbəni birləşdirən geniş xidmət şəbəkəsi, eləcə də, ən müasir onlayn-bankçılıq sistemi çoxsaylı müştərilərə effektiv xidmət göstərməyə imkan yaradıb.
23 illik müasir tarixə malik olan Azərbaycanın maliyyə bazarında iyirmi illik təcrübə - etibarlılıq, inam, etimad və ixtisaslaşmış idarəetmənin bariz əlamətidir.
Bunları nəzərə alaraq, qeyd etmək olar ki, 20 illiyinə qədəm qoyan “Bank Technique”, Azərbaycanın aparıcı bankları sırasında öz yerini təsdiqləmiş bankdır.
Yubiley ilində Bankımız, daim olduğu kimi, öz müştərilərinə və tərəfdaşlarına, bizimlə olduqları üçün minnətdarlığını bildirir. Biz birgə əməkdaşlığımızı yüksək qiymətləndiririk və əminik ki, əlaqələrimiz gələcəkdə də yüksələn xəttlə inkişaf edəcək.