Azərbaycanın ən populyar kredit kartı olan Bolkart sahibləri İnteqralPlus şəbəkəsinə aid olan “Samsung Store” brend mağazasında iyul ayının sonunadək güzəştli alış-veriş edə bilərlər. Samsung şirkətinin ən yeni mallarının satıldığı “Samsung Store” paytaxtın 28 may küçəsi, 42 ünvanında yerləşir. Bolkart sahibləri burada son model mobil telefonlar, o cümlədən Samsung Galaxy S4, audio və video texnika, planşet kompüterlər, müxtəlif aksessuarlar və digər mallar ala bilərlər. Kampaniya ərzində Bolkart-la alınan məhsulun dəyərini əlavə xərcsiz 12 ay ərzində ödəmək mümkündür.
Xatırladaq ki, Bolkart kredit kartı alınan malın dəyərini 1, 3, 6 və 12 aya bölüb hissə-hissə ödəməyə imkan verir. Bolkart-ı artıq 110. 000-dən çox şəxs əldə edib və bu rəqəm dinamik şəkildə artır. Bu gün Bolkartla ölkəmizin 1000-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Eyni zamanda MasterCard loqolu Bolkart-dan xarici ölkələrdəki MasterCard loqosu olan ticarət mərkəzlərində, həmçinin qlobal miqyasda internetdə alış-veriş üçün istifadə etmək olar.
Bolkart sifariş etmək üçün “Bank of Baku”-nun istənilən filialına baş çəkmək və ya onlayn sifariş vermək yetərlidir: www.bolkart.az
Bolkart barədə istənilən sualı www.facebook.com/bolkart saytında vermək olar.