Öz müştəriləri üçün xidmət imkanlarını günü-gündən yaxşılaşdıran Unibank-dan Mingəçevir və ətraf rayonların əhalisinə xoş xəbər var. Bankın Mingəçevir filialı yenilənib. Artıq yeni ünvanda və daha geniş ofisdə Heydər Əliyev prospekti, 36 saylı binanın qarşısında yerləşən filial ( 2 saylı Notariat Kontoruna yaxın) müştərilərinə bütün bank xidmətlərini göstərəcək.
“Mingəçevir” filialı yeni ünvanda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərməkdə davam edəcək. Filial fərdi şəxslərlə yanaşı, kiçik və orta biznes sahiblərinə də xidmət edir.Vətəndaşlar filialdan nağd kreditlər və mikro kreditlər götürə bilərlər. Yüksək səviyyəli xidmətdən və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs Unibank-ın “Mingəçevir” filialına müraciət edə bilər.